SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Gömrük buraxılış məntəqələrində yeni sistem yaradılacaq - VİDEO
CƏMİYYƏT 08:32 / 18.11.2018

Kütləvi informasiya vasitələrinin nümayəndələri Balakəndə yerləşən "Mazımçay" gömrük-keçid məntəqəsində olublar. Jurnalistlər orada həyata keçirilən prosesləri izləyiblər və onlara gömrük sahəsində tətbiq edilən yeniliklər barədə məlumat verilib.

"Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipi Baləkəndə yerləşən "Mazımçay" gömrük-keçid məntəqəsində də tətbiq ediləcək...

Bu barədə məlumat media nümayəndələri üçün Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postuna təşkil edilən mediatur zamanı verilib. Səfərin məqsədi media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub. Qeyd edilib ki, tezliklə məntəqələrdə xüsusi şkaflar yaradılacaq və orada vətəndaşlara gömrükdən keçirə biləcəkləri malların miqdarı barədə məlumatlar yerləşdiriləcək.

Həyata keçirilən daha bir yenilik sayəsində isə xarici ölkələrdən Azərbaycana yük gətirən nəqliyyat vasitələri sərhəddən daha rahat və tez keçəcəklər.

Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olublar.



58 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.