SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
Xalq artisti vannadakı görüntüsündən DANIŞDI - FOTO
MƏDƏNİYYƏT-ŞOU 14:46 / 18.11.2018
Xalq artisti Flora Kərimova bu gün "Zaurla Günaydın" verilişinə qonaq olub.

Xəbər veririk ki, sənətçi verilişdə keçən ay səs-küyə səbəb olan süd vannası qəbul edərkən çəkilən fotosundan danışıb. O bildirib ki, sözügedən foto "Qayınana” filminin çəkilişlərində lentə alınıb:

"Həqiqətən də süd vannası idi. Haram görsənirdi? Orada paltarda idim. Altdan paltar geyinmişdim".

Xalq artisti köməkçisi Yaqut xanımdan da danışıb. Artist köməkçisinin ona qoyduğu qadağaları açıqlayıb: "Mənə nə pul, nə də çörək verir. Şəhər, bağ evinin büdcəsini o, idarə edir. Axşam 6-dan sonra deyir ki, çörək yemə".

Məlumat üçün bildirək ki, "Qayınana" filminin təqdimatı gələn ay baş tutacaq. "Qayınana" filmində Flora Kərimovanın tərəf müqabili Samir Mirhəsənovdur. "Caspian Media Group”un istehsalı ilə çəkilən "Qayınana" filminin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadədir. Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur.


61 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.