SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Özəl təyyrə ilə Azərbaycana qayıdan Fazil Məmmədov xəstəxanaya yerləşdirildi
CƏMİYYƏT 19:56 / 18.11.2018

Noyabrın 16-da özəl təyyarə ilə Azərbaycana qayıdan sabiq vergilər naziri Fazil Məmmədov elə həmin gecə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Bildirilib ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər. Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub.Əldə olunan daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Qeyd edək ki, F.Məmmədovun şəxsi təyyarə ilə ölkəyə qayıtdığı barədə məlumat və foto dünən yayılmışdı.(Modern.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.