SON XƏBƏRLƏR
24 May 2019
23 May 2019
22 May 2019
Azərbaycanın axtardığı qadın Pakistanda həbs edildi
ARAŞDIRMA 03:25 / 19.11.2018

Pakistan polisi ötən gün noyabrın 17-də İslamabada narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib.

İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb.Saxlanılarkən qadın özünün Türkiyə vətəndaşı kimi təqdim edib, adının Həfifə olduğunu bildirib, onun üzərindən saxta Türkiyə pasportu çıxıb. Lakin araşdırma zamanı məlum olub ki, bu şəxs beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Əbiyeva Solmaz Ənvər qızıdır. Solmaz Əbiyevanın barəsində Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarış elan edilib. Qadının Pakistan vizasının müddətinin bu ilin aprel ayından bitdiyi də məlum olub. İnterpol onu 2018-ci ilin fevralından axtarırdı.

S.Əbiyevanın İnterpol dosyesində göstərilir ki, onun 49 yaşı var, boyu 1.61 metrdir. İnsan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı axtarışa verilib.(virtualaz.org)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.