SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Bakıda DƏHŞƏT: 2 nəfər güllələndi, biri hadisə yerindəcə öldü - FOTO
KRİMİNAL 05:27 / 19.11.2018

Bakı şəhərinin Şüvəlan qəsəbəsində 2 nəfər güllələnib.

Xəbər veririk ki, dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub.

Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş”larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə "şram” atıb. O, da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib. Hadisə şahidləri Cabiri Vüqarın deyil, onun qardaşının güllələdiyini deyiblər.

Dünən Şüvəlan qəsəbəsinin başqa hissəsində də güllələnmə olub. Qəsəbədəki maşınqayırma pansionatının yaxınlığında 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu qohumu, 1979-cu il təvəllüdlü Quliyev Sərvər Məmməd oğlunu güllələyib. Ağır xəsarət alan S.Quliyev xəstəxanaya çatdırılıb.

Bildirilir ki, Qorxmaz Əliyev maşınından qəfil silah götürərək atəş açıb, hadisənin səbəbi hələlik məlum deyil.


45 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.