SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Meksikanın məşhur narkobaronu öldü
KRİMİNAL 08:28 / 19.11.2018

Meksikanın məşhur narkobaronu Ektor Beltran Leyva infarkt nəticəsində ölüb.

"RİA-Novosti” agentliyinı istinadən xəbər veririk ki, bu haqda Meksikanın Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, 56 yaşlı Beltran Leyva bazar günü "Altiplano” həbsxanasından sinə nahiyəsində güclü ağrılarla Toluka şəhərinin hospitalına çatdırılmışdı, amma həkimlər onun həyatını xilas edə bilməyiblər."Beltran Leyva” kartelinin liderlərindən olan narkobaron 2014-cü ildə tutulmuşdu. Meksika Xarici İşlər Nazirliyi onun 2016-cı ildə cinayətdə itiham olunduğu ABŞ-a verməyə razılaşmışdı. Ancaq 2017-ci ilin aprelində bu qərar prosessual pozuntularla əlaqədar ləğv edilib.

Vaxtilə Alfredo, Ektor, Arturo, Mario və Karlos qardaşları "El Çapo” ləqəbli meksikalı narkobaronu Xoakin Qusmanın başçılıq etdiyi "Sinaloa” narkokarteldə əsas fiqurlar idilər. Sonra Beltran Leyva qardaşları Meksikanın kriminal aləmində lider mövqelərdən birini tutan ayrı kartelə ayrıldılar. 2009-cu ildə kartelin lideri Arturo Beltran Leyva Kuernavaka şəhərində Meksikanın dəniz piyada qoşunu ilə atışmada öldürülüb.


43 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.