SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Bakıda liftdə qorxulu hadisə - ÇƏNƏSİ SINDI
HADİSƏ 10:14 / 19.11.2018

Bakıda liftdə bədbəxt hadisə baş verib.

Xəbər veririk ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsi 2 ünvanındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yaşayan 1988-ci il təvəllüdlü Nəsibov Ceyhun Famil oğlu liftə minərək evinə qalxarkən xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, lift yuxarı qalxarkən qəfil 4-cü mərtəbədə dayanıb. C.Nəsibov qapını aralayaraq oranı tərk etmək istəyərkən lift yenidən hərəkətə gəlib. Bu zaman 30 yaşlı kişi liftlə şaxtanın arasında qalıb və o, ağır xəsarətlər alıb. 1 saylı şəhər xəstəxanasına çatdırılan Ceyhunun çənəsinin və körpücük sümüyünün sındığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.



50 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.