SON XƏBƏRLƏR
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Tamamilə dayandı: İrana ŞOK
DÜNYA 11:47 / 19.11.2018

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar İranın bu ölkəyə xalça ixracı tamamilə dayandı.

İSNA agentliyinə istinadən xəbər veririk ki, bu haqda İran Əl Toxuma Xalça Kooperativ Dərnəyinin başçısı Abdullahi Behrami bildirib.

"Xalça ixracatının 35 faizini ABŞ-a həyata keçirirdik. Sanksiyalar səbəbiylə 6 noyabr tarixindən sonra bu ölkəyə xalça ixrac edə bilmədik”, - o deyib.

ABŞ bazarını itirdiklərini deyən dərnək rəhbəri Rusiya, Çin və Cənubi Afrika bazarları ilə bu itkini doldurmağa çalışacaqlarını söyləyib.

İran Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatlarına görə, 2 milyon 500 min adamın çalışdığı bu sektorda ildə 400 ton əl xalçası toxunur və bunun 80 faizi dünyanın müxtəlif ölkələrinə ixrac edilir. ABŞ-a isə təxminən 120 milyon dollarlıq malın ixrac edildiyi bildirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.