SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
Ermənilər əsirin geri qaytarılması üçün aksiya keçirdi - VİDEO
CƏMİYYƏT 15:47 / 19.11.2018
Ermənistanın Tavuş vilayətində yerləşən Berdavan kəndində yerli sakinlər mərkəzi yollardan birini bağlayıblar. "news.am" saytına istinadən bildiririk ki, buna səbəb sakinlərin Azərbaycanda əsirlikdə saxlanılan Karen Kazaryanın azad olunması üçün mövcud hökumətin heç bir addım atmamasına etiraz etməsidir.

Berdavan sakinləri 34 yaşlı Kazaryanın 4 aydan çox əsirlikdə saxlanılmasını xatırladaq onun azad olunması üçün yerli hakimiyyəti addım atamağa səsləyiblər. Narazı kütlənin qarşısına  Tavuşun qubernatoru  Vaqe Kalumyan çıxıb və onları əmin edib ki, əsirin azad edilməsi üçün danışıqlar aparılır.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Karen Kazaryan iyulun 15-də Ermənistan – Azərbaycan sərhədini keçməyə cəhd edərkən tutulub.

Ehtimal olunur ki, Ermənistana Karen Kazaryanı təhvil vermək müqabilində Dilqəm Əsgərov və Şahbaz Quliyev də Azərbaycana geri qaytarılsın. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub
.

63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.