SON XƏBƏRLƏR
24 May 2019
23 May 2019
22 May 2019
Bakıda dəhşətli qətl: Masajçı qadını kirayə mənzildə öldürdü
KRİMİNAL 22:36 / 19.11.2018

Bakının Yasamal rayonunda baş verən qətlin üstü açılıb.

Noyabrın 14-də Bakı şəhər sakini İradə Mütəllimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Yasamal rayonunda kirayədə yaşadığı mənzildə tapılıb.

Meyitin tapılması barədə Yasamal rayon Prokurorluğu və polis idarəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Camal Əliyev saxlanılıb./Teleqraf.com


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.