SON XƏBƏRLƏR
13 Dekabr 2018
12 Dekabr 2018
11 Dekabr 2018
Bakıdakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT
KRİMİNAL 23:43 / 19.11.2018
Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayonunda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər veririk ki, noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətirilib.

S.Quliyevin vəziyyəti orta-ağır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış "Naqan” tipli tapança götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

56 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.