SON XƏBƏRLƏR
25 May 2019
24 May 2019
23 May 2019
22 May 2019
Maşınlar üçün vergi 50 faiz artırılır
CƏMİYYƏT 17:46 / 19.11.2018
Azərbaycanda minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulur.

Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə, mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 3 manat (əvvəl 2 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (əvvəl 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (əvvəl 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (əvvəl 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 (əvvəl 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 (əvvəl 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (əvvəl 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 əvvəl (31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (əvvəl 40 manat) aksiz vergisinin tətbiq olunması təklif edilir. ("Qafqazinfo”)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.