SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Cəlilabadda ağzı bağlanan quyudan hələ də neft çıxır - VİDEO
ARAŞDIRMA 04:44 / 20.11.2018

Cəlilabadda 72 il əvvəl neft çıxarmaq adı ilə qazılan və sonradan ağzı bağlanan quyudan hələ də neft çıxır. Neft bəzən quyudan daşaraq ətrafa yayılır. Kənd sakinləri bu neftdən öz təsərrüfatlarında istifadə edirlər.

1946-cı ildə qazılmış neft quyusu rentabelli hesab edilmədiyi üçün ağzı bağlanıb... Ancaq üzərindən 72 il keçməsinə baxmayaraq, hələ də quyudan neft çıxır...

Bura Cəlilabad rayonunun Maşlıq kəndidir. Əvvəllər kəndin ərazisində bir neçə belə quyu olub. İndi onlardan yalnız biri fəaliyyətdədir...

Quyu neft sənayesinin tərkib hissəsinə çevrilə bilməsə də, kənd sakinləri bu neftdən təsərrüfatlarında indi də istifadə edirlər. Hətta onu heyvanların yaralarına sürtürlər.

Mütəxəssislər quyunun ağzını dəmirlə bağlayıb, ətrafını betonlasalar da, yüksək təzyiq nəticəsində neft çölə axmağa davam edir. Zəlzələ zamanı neft quyusu daha da aktivləşərək əraziyə yayılır.

Hazırda kənd sakinləri bu quyunun aqibəti ilə bağlı tədbir görülməsini istəyirlər.


41 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.