SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
CƏMİYYƏT 11:15 / 20.11.2018
Fransanın "Agoravox” portalında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Bertrand Sorrenin "Azərbaycan: Fransa Dağlıq Qarabağ hökumətini tanımır” adlı müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə B. Sorre ikitərəfli münasibətlərə toxunub. Parlamentlərarası dostluq qrupunun rolundan söz açaraq, onun Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfədən danışıb.

Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın münaqişənin həllində mühüm rol oynadığını və oynamaq istədiyini qeyd edib. Bildirib ki, münaqişə diplomatik yolla həll edilməlidir.

B. Sorre "Dağlıq Qarabağ Respublikası”nın olmadığını söyləyərək, ölkəsinin bu məsələ ilə bağlı aydın mövqeyi olduğunu xatırladıb. Bildirib ki, Fransa "Dağlıq Qarabağ hökumətini” tanımır.

Bəzi fransız deputatların Dağlıq Qarabağa səfərlərinə və dostluq xartiyalarının imzalanmasına gəldikdə isə B. Sorre yerli kollektivlər tərəfindən həyata keçirilən belə səfərlərin və imzalanan xartiyaların Fransa hökuməti üçün heç bir dəyəri və onunla heç bir əlaqəsi olmadığını diqqətə çatdırıb.

Bildirib ki, Fransa mediasında Azərbaycana qarşı düşmən mövqe tutan qərəzli jurnalistlər var və onlar ölkə haqqında səhv məlumatlar verirlər. Buna görə Azərbaycanla bağlı yazlan reportajların müəlliflərinə diqqət vermək lazımdır. O, Fransada olan erməni lobbisinin fransız mediasına təsir göstərdiyini vurğulayıb.

B. Sorre Bakı Beynəlxalq Humanitar Forumundan, ölkəmizin yüksək təhlükəsizlik təminatı ilə böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, EXPO 2025 Universal Sərgisinə namizədliyindən danışıb.

O, Bakıya səfərləri zamanı ölkəmizdə demokratiyanın şahidi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib. B. Sorre iki ölkə arasında təhsil və turizm sahələrində olan əlaqələrdən də söz açıb.

47 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.