SON XƏBƏRLƏR
17 Iyul 2019
16 Iyul 2019
15 Iyul 2019
ABŞ daha bir ölkəni "QARA SİYAHI"sına salır
DÜNYA 12:44 / 20.11.2018

ABŞ hökuməti Vensuelanı "terror dəstək verən ölkələr” adlı qara siyahısına salacaq.

Xəbər veririk ki, bu, "Vaşinqton Post” qəzeti tərəfindən iddia edilib.

İddiaya görə, Donald Tramp hökuməti bu mövzu ilə əlaqədar olan qurumlarla birgə danışıqlar aparır.

Xüsusilə, Respublikaçılar Partiyası uzun müddətdir Venesuelanı terrora dəstək verməkdə ittiham edir. Florida senatoru Marko Rubio kimi önəmli şəxslər də bu mövzuda təkid edirlər.

Qeyd edək ki, ABŞ-ın "terrora dəstək verən ölkələr” siyahısında İran, Şimali Koreya, Sudan və Suriya var.

Xatırladaq ki, Venesuelann dövlət başçısı Nikolas Maduro, onun həyat yoldaşı və yaxın əhatəsi daha öncə ABŞ-ın müxtəlif sanksiyalarına məruz qalmışdı.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.