SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Qadını döyüb pulunu apardılar
KRİMİNAL 13:16 / 21.11.2018

Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.

Rayonun Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadın naməlum kişinin hücumuna məruz qalıb.

Həmin şəxs qadını döyüb və daha sonra çantasında olan pulunu əlindən alıb.

Qadın baş verən quldurluq hadisəsi ilə bağlı 33-cü polis bölməsinə şikayət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Afət Məmmədov saxlanılıb.

İstintaq müəyyən edib ki, Afət Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.(teleqraf.com)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.