SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Ölmüş şəxslərin pensiyasını alan 46 nəfər həbs edildi - FIRILDAQÇILIQ
KRİMİNAL 16:08 / 24.11.2018

İspaniya polisi 6 milyon avroya yaxın fırıldaqçılığın üstünü açıb və ölmüş şəxslərin adına pensiya alan onlarla şəxsi həbs edib.

"RİA Novosti"yə istinadən xəbər verirİK ki, bu barədə polisin mətbuat üçün açıqlamasında bildirilir.

Qeyd edilir ki, ölkənin 10 muxtar vilayətində 53 cinayət faktı – saxta sənədlərin hazırlanması, maliyyə vəsaitlərinin qanunsuz mənimsənilməsi üzrə 46 nəfər saxlanılıb. Şübhəlilərin əksəriyyəti ölmüş təqaüdçülərin ailə üzvləri, həmçinin dostları, yaxınlarıdır.

Polis bildirib ki, saxlanılanlar pulları almaq üçün pensionerlərin ölümü faktlarını gizlədiblər və onların yaşaması haqda saxta arayış hazırlayıblar.

Şübhəlilərdən biri özünü 90 yaşlı qoca kimi qələmə verərək, 20 ilə yaxın müddətdə qanunsuz pensiya alıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.