SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Manyak kişi qonşu qadının evinə girdi və ... - Sosial şəbəkələrdə müzakirələrə səbəb olan - VİDEO
KRİMİNAL 19:08 / 24.11.2018

Ötən gün sosial şəbəkələrdə yayılan bir video böyük müzakirələrə və mübahisələrə səbəb olub.

Yayılan video İngiltərədə yaşayan 45 yaşlı Şaron Bulmanın evində qoyduğu gizli kamera vasitəsilə çəkilib.

Şaron bildirib ki, hər dəfə evdə olmadıqda, kiminsə onun əşyalarını qarışdırdığını görüb. Axırda məsələyə aydınlıq gətirmək qərarına gəliblər. Bu səbəbdən də evə gizlin kamera yerləşdirilib.

Kameraya onların qonşusu Stiv Gil düşüb. Onun evə gizli girdiyi və qadının alt paltarları qoyulan dolabı açdığı görünür. Kişi qadının alt paltarlarını götürüb və seksual xarakterli hərəkətlər edib.

Həmin video dünya mətbuatında və sosial şəbəkələrdə sürətlə yayılıb. Çoxu həmin manyakın ruhu xəstə olduğunu və dərhal cəzalanmalı olduğunu yazıb.

Bəziləri isə həmin videonun yayılmasına görə qadını tənqid ediblər. Bildiriblər ki, onun görüntülərini yaymaqdansa, polisə şikayət etsə daha yaxşı olar.

Şaron Bulman da polisə şikayət edib. Qadının şikayəti əsasında manyak Stiv saxlanılıb. Dindirilmə zamanı manyak qonşu qadına heyran olduğunu bildirib və onun alt paltarından həzz aldığını deyib.

Faktla bağlı araşdırmalar davam edir.

BAKU.WS

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.