SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Azərbaycanda sabiq müstəntiqin ofisdə qətli ilə bağlı RƏSMİ MƏLUMAT
KRİMİNAL 16:12 / 26.11.2018

Daxili İşlər Nazirliyi Neftçala rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Nazirliyin saytına istinadən xəbər veririk ki, noyabrın 24-də Neftçala rayonunda rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Kəlbiyevin qohumu, Aşağı Surra kənd sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxslə İ.İbrahimov bacanaq olub. 1956-cı ildə anadan olan Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Məlumata görə, İ.İbrahimov bacanağını həyətindəki hüquq yardımı ofisində bıçaqlayaraq öldürüb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.