SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Konyada qan donduran vəhşilik - Anasına 40 bıçaq zərbəsi vurdu
KRİMİNAL 18:18 / 27.11.2018

Hadisədən sonra Ömər Tokgöz polis tərəfindən saxlanılıb

Türkiyənin Konya şəhərində 54 yaşlı oğlu Ömər Tokgöz tərəfindən öldürülən 78 yaşlı Ayşe Tokgözün meyiti yarıldıqdan sonra onun 40 yerindən bıçaqlandığı üzə çıxıb.

Nəzarətə alınan Ömər Tokgöz hadisəni xatırlamadığını deyib.

Hadisə dünən saat 16.30 radələrində Səlçuklu rayonunun İşıklar məhəlləsində Duranbey küçəsində yerləşən bir binanın giriş qatındakı mənzilində meydana gəlib.

Anası Ayşe Tokgöz ilə birlikdə yaşayan subay və işsiz Ömər Tokgöz naməlum səbəbdən evdə anasına bıçaqla hücum edib. Ömər Tokgöz hücumdan sonra üst qonşularına çıxıb "Anamı bıçaqladım" deyib.

Elə həmin an qonşular polis və səhiyyə işçilərinə xəbər verib. Ayşe Tokgöz hadisə yerinə gələn səhiyyə işçilərinin bütün müdaxiləsinə baxmayaraq həyatını itirib.

Hadisədən sonra Ömər Tokgöz polis tərəfindən saxlanılıb.

Uşaqlıq yaşlarında psixoloji problemləri olan Ömər Tokgöz ifadəsində hadisəni xatırlamadığını qeyd edib: "Özümdə deyildim. O an nə oldu, xatırlamıram".

Anası Ayşe Tokgöz ilə də tez-tez mübahisə edib dava salan Ömər daha əvvəl də qardaşı Sinan Tokgözü yüngül şəkildə bıçaqla yaralayıb.

Tokgöz psixoloji müalicədən keçmək üçün Beyhekim Dövlət Xəstəxanasının Psixiatriya Poliklinikasına aparılıb. Sonra onun ədliyyəyə təhvil veriləcəyi deyilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.