SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Azərbaycanın 5 idmançısında dopinq aşkar edildi
İDMAN 20:44 / 01.12.2018
Azərbaycanın 5 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında yer alan məlumata əsaəsn, güləşçilər Azər Hüseynov, Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Pirverdiyev və velosipedçi Osman Qəhrəmanov dopinq-testdən keçə bilməyib.

İdmançılardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

N.Əbdüləzimovun orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza bu il yanvarın 18-dən qüvvəyə minib, 30 iyul 2019-cu ildə bitəcək.

O.Qəhrəmanovdan meldonium və tuaminoheptan üzə çıxıb və o, 12 iyul 2017-ci ildən etibarən 24 aylıq - 12 iyul 2019-cu ilədək cəzalandırılıb.

Orqanizmindəə meldonium aşkarlanan Z.Piriverdiyev bu ilin martın 6-dan 42 aylıq - 6 sentyabr 2021-ci ilədək diskvalifikasiyaya məruz qalıb.

A.Hüseynov metasteron və drostanolon, C.Feyziyev stanozolol qəbul edib. Hər iki güləşçi bu il yanvarın 18-dən 2022-ci il yanvarın 18-dək 48 aylıq cəzalandırılıb.

Qeyd edək ki, AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.