SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Tramp İraqın sabiq baş nazirindən pul istəyib
SİYASƏT 20:56 / 03.12.2018
İraqın sabiq baş naziri Heydər əl-İbadinin ABŞ-a səfəri zamanı qeyri-adi olay baş verib. Belə ki, Ağ Ev rəhbəri Donald Tramp İraqın o vaxtki baş nazirindən ABŞ-ın İraqı işğal etməsi və orada 2003-2011-ci illər aralığındakı fəaliyyəti müqabilində pul tələb edib.

Bildiririk ki, bu barədə "Ray al-Youm" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, Trampın İraqın baş nazirindən içğalçılıq misisyası müabilində pul tələb etməsi qarşı tərəfi çaş-baş salıb.
 
Qeyd edək ki, İraq Corc Buşun prezidentliyi dövründə, 2003-cü ildə işğal olunub. 15 ildən çox müddətdə Birləşmiş Ştatların İraqa bəxş etdiyi sadəcə partlayışlar, məzhəblərarası qətliamlar və kütləvi insan tələfatı olub.

Bundan əlavə Amerika şirkətləri ilə İraq hökuməti arasında neft yataqlarının istismarına dair 30 illik müqavilə imzalanıb.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.