SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Fransa Azərbaycana hava hücumundan müdafiə sistemləri satacaq
SİYASƏT 10:48 / 04.12.2018

Fransanın "MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və "VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir.

AzeriDefence” jurnalına istinadən məlumata görə, bu barədə "MBDA Systems” şirkətinin nümayəndəsi məlumat verib.

Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb.

"Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olublar və məmnundurlar. Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, - deyə şirkət nümayəndələri qeyd ediblər.

Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaqmənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.