SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Almaniya bütün dünyaya YALAN DANIŞDI: İtaliya və Cənubi Afrika vasitəsilə
SİYASƏT 13:19 / 05.12.2018

Almaniyanın Səudiyyə Ərəbistanına silah ixracatı ilə bağlı sanksiya tətbiq etməsinə rəğmən, bu ölkənin "Rheinmetall” müdafiə sənayesi şirkəti hələ də Ər-Riyada silah göndərməyə davam edir.

Xəbər veririk ki, silahlar İtaliya və Cənubi Afrika şirkətləri vasitəsilə transfer edilir.

Bu barədə Almaniyanın "Stern” nəşri və ARD televiziyası məlumat yayıb. Xəbərə görə, şirkətin idarə heyətinin sədri Helmut Merç ötən ay bank analitikləri ilə gerçəkləşdirdiyi telekonfransda hökumətin Səudiyyə Ərəbistanına satılan silahların təhvil verilməsi və yeni silahların satılması ilə bağlı tətbiq etdiyi sanksiyanın "Rheinmetall”a aidiyyəti olmadığını bildirib. O, Almaniyanın ən böyük silah müştərisi olan Səudiyyə Ərəbistanına satılan silahların 100 milyon avrodan baha olduğunu da qeyd edib.

Xəbərlərin ardınca açıqlama verən şirkət iddiaları təkzib edib.

Qeyd edək ki, Almaniya hökuməti oktaybr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının cinayətinin istintaq nəticələri ortaya çıxana qədər bu ölkəyə silah sanksiyası tətbiq edib.

Səudiyyə Ərəbistanı isə Almaniyanın yanvar ayından bəri silah aldığı ikinci ölkədir. Almaniya ilin 9 ayında Əl-Cəzairə 741,5 milyon avro, Səudiyyə Ərəbistanına isə 417 milyon avro dəyərində silah satıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.