SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
ARAŞDIRMA 19:44 / 05.12.2018

ABŞ-ın Milli Asronavtika və Kosmos İdarəsinin (NASA) SETİ (Yer kürəsindən kənar ağıllı həyat araşdırmaları) qurumunda işləyən Silvano Kolombano Uçan Naməlum Obyektlər (UNO) və yadplanetlilər haqqında ilginc açıqlama verib.

Xəbər veririk  ki, NASA mütəxəssisi yadplanetlillərin artıq Yer kürəsinə səfər etmiş ola biləcəyini deyib.

Onun sözlərinə görə, yadplanetlilər olduqca kiçik ölçülərə sahib ola bildikləri üçün insanlar onları görməyiblər.

"Super zəkalı yadplanetlilər insanların xəyal belə edə bilməyəcəyi ulduzlararası səyahəti təmin edən bir texnologiyaya sahib ola bilərlər”, - deyə NASA mütəxəssisi bildirib.

Qeyd edək ki, həmin alim ötən il verdiyi açıqlamada qeyd etmişdi ki, insanlar yadplanetlilərin görünüşü, yaşayış tərzi və sahib ola biləcəkləri potensial haqqındakı fərziyyələrini yenidən nəzərdən keçirməlidirlər. Çünki yadplanetlilər super-kiçik quruluşda və super-böyük potensialda ola bilərlər.


38 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.