SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Çempionlar Liqası matçının yeri dəyişdirildi
İDMAN 14:57 / 05.12.2018

Ukraynanın "Şaxtyor" və Fransanın "Lion" komandaları arasındakı Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının məkanı dəyişdirilib.

Report xəbər verir ki, əvvəlcədən Xarkovda keçirilməsi nəzərdə tutulan qarşılaşma Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq.

Səbəb kimi ölkənin bəzi regionlarında tətbiq edilən hərbi vəziyyət göstərilib.

Qeyd edək ki, "Lion" bu qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Qurum daha öncə eyni səbəbdən "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin - Ukrayna "Vorskla"sı və İngiltərə Arsenal"ının matçını Poltavadan Kiyevə dəyişib. "Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda "Metallist” stadionunda keçirir.


95 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.