SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Kola Azərbaycanda plastik qablardan imtina edir?
CƏMİYYƏT 02:21 / 06.12.2018

Beynəlxalq ekoloji standartlara uyğun texnoloji proseslərlə tanışlıq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayındələri "Coca-Cola” şirkətinin dəvəti ilə müəssisədə olublar.

Nazirliyin nümayəndələrinə şirkətin istehsal prosesi, beynəlxalq ekoloji standartlar sahəsində nailiyyətləri, ölkənin ekoloji inkişafı və ətraf mühitin qorunması üçün həyata keçirilən layihələr təqdim edilib. İstehsal prosesində müasir innovativ üsullarla sərf olunan suyun həcminin azaldılması, səmərəli və qənaətlə istifadə proqramları, istehsal zamanı yaranan texniki suların müasir təmizləmə sistemindən keçirilərək tam təhlükəsiz formaya çatdırılması qaydaları haqqında bilgi verilib. 

Görüşdə mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində  fikir mübadiləsi aparılıb, plastik tullantıların çeşidlənməsi, təkrar emalı və utilizasiyası məsələləri, plastik qablaşdırmada ən böyük payı olan "Coca-Cola” şirkətinin bu sahədə üzərinə düşən məsuliyyəti və öhdəlikləri müzakirə edilib. 

Yeni yaşıllıq sahələrinin salınması, sudan səmərəli və qənaətlə istifadənin təşviqi, ətraf mühitin mühafizəsi sahəsində birgə ekoloji layihələrin həyata keçirilməsi üçün ümumi razılığa gəlinib.         

Sonra nazirliyin nümayəndələri "Coca-cola” şirkətinin istehsalat sahələri və ekoloji standartlara uyğun texnoloji proseslərlə tanış olublar. 


36 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.