SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Həbsdən azad edilən gənclərə yardımla bağlı layihə davam etdirilir
CƏMİYYƏT 17:31 / 05.12.2018

"Rezonans” Gənclərin İctimаi Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Yüksək riskli qruplardan olan və cəzaçəkmə müəssisələrindən azad edilən gənclərə sosial-psixoloji, hüquqi yardımının göstərilməsi və reabilitasiyası” layihəsi çərçivəsində tədbirlər davam etdirilir.

Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər veririk ki, layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihənin digər istiqaməti azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətə adaptasiyası, problemlərinin həlli və digər çətinliklərinin aradan qaldırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər tədbirlərdə məhkumlara və cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edilib.


34 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.