SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Rusiyanın XİN rəhbəri Bakıya səfər edəcək
SİYASƏT 07:50 / 06.12.2018

Rusiyanın XİN rəhbəri Serqey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında  iştirak etmək üçün Bakıya səfər edəcək.

Məlumata görə, bu barədə  RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

«Xarici işlər  naziri Serqey Lavrov dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək», - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, iclas zamanı  iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat, enerqetika, kənd təsərrüfatı və digər məsələlərə baxılacaq.


34 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.