SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Polşada iş elanı yalanına aldandı: it də getdi, ip də getdi - VİDEO
CƏMİYYƏT 09:21 / 06.12.2018
Altı ay bundan öncə sosial şəbəkədə Pərviz Hüseynovun qarşısına işlə bağlı bir elan çıxıb. Elan işsiz olan müsahibin diqqətini cəlb edib.

 Baku TV-yə istinadən xəbər veririk ki, o, iş təklifi ilə bağlı informasiya yerləşdirən  "Keyprobject Group”la əlaqə yaradaraq səlahiyyətli nümayəndələri ilə görüşüb. Şirkət Pərviz və onun qardaşının üç ay ərzində Polşada işlə təmin edəcəyini vəd edib.  

Adıçəkilən şirkət altı aya yaxın Azərbaycanda yubadılan qardaşların yalnız birini Polşaya göndərib. Amma yenə də müqavilədə göstərilən heç bir vədə əməl olunmayıb.

Şikayətçi ödənilən məbləğin geri verilməsini və qardaşının Polşadan gətirməsini tələb edir. 

O, müraciət edərək əhalinin bu cür elanlara inanmamasını tövsiyə edir. 

Məsələ ilə bağlı şirkətin direktoru Üzeyir Məmmədli ilə əlaqə saxladıq. O bildirdi ki, məsələnin bu qədər uzanmasına səbəb dostu tərəfindən sənədlərin gecikdirilməsi olub. 

Şirkət rəhbəri bildirib ki, zərərçəkənin ödədiyi məbləğin yalnız yarısını geri qaytara bilər. 

36 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.