SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi bu şəhərdə keçiriləcək
DÜNYA 09:43 / 06.12.2018
Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimi paytaxt Tbilisidə deyil, Kaxeti bölgəsində keçiriləcək.

Xəbər veririk ki, andiçmə mərasiminin dekabrın 16-da Telavi şəhərində keçirilməsi nəzərdə tutulub. Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili mətbuata açıqlamasında deyib ki, mərasimin şəhər ərazisindəki "Batoni” qala sarayında keçirilməsi planlaşdırılıb. Bununla belə, hələlik mərasimə hazırlıq işlərinə başlanılmayıb. Bildirilib ki, "Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili səslərin 60 faizini toplamaqla rəqibi Qriqol Vaşadzeyə qalib gəlib. Yerli mətbuatın yazdığına görə, S.Zurabişvili həm birinci, həm də ikinci turda Telavidə rəqibinə uduzub.

38 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.