SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Müdafiə Nazirliyindən “Bal-E” raket sistemlərinin alınması ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT 10:42 / 06.12.2018

Azərbaycan "Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən son günlər müxtəlif KİV-lərdə Azərbaycanın "Bal-E” raket sistemlərinin alınmasında maraqlı olduğu, lakin Rusiyanın kompleksin satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları şərh edərkən bildiriblər.

Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb:

"Rəsmi olaraq bildiririk ki, adıçəkilən "Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksi əldə etmək niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”. (trend)


32 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.