SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
İranda DƏHŞƏTLİ TERROR: Ölənlər və yaralananlar var - FOTO
SİYASƏT 12:15 / 06.12.2018

İranın cənub-şərqindəki Sistan və Bəlucistan ostanındakı Çabahar şəhərində hərbi bazanın ətrafında partlayış baş verib.

 TASS agentliyinə istinadən xəbər veririk ki, bu haqda əyalətin qubernatorun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşi bildirib.

"Bu səhər Çabaharda hərbi bazanın ətrafında partlayıcı qurğu işə salınıb. Nəticədə, 3 nəfər ölüb, 19-u yaralanıb”, - Maraşi deyib.

Onun sözlərinə görə, bomba avtomobilin içində quraşdırılmışdı.

"Al Mayadeen” telekanalı isə partlayış baş verən ərazidə atəş səslərinin eşidildiyini xəbər verib.

"Tasnim" agentliyin isə 4 nəfərin öldüyünü, xeyli sayda adamın yaralandığını bildirib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.