SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Bu qadın ABŞ-Çin müharibəsini başlada bilər - İrana görə
DÜNYA 13:16 / 06.12.2018
Çinin "Huawei” texnologiya şirkətinin sahibinin qızı və şirkətin maliyyə işləri üzrə direktoru Menq Uançou Kanadada həbs edilib.

Xəbər veririk ki, şirkətin varisi ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğu üçün saxlanılıb.

Bu barədə Kanada Ədliyyə Nazirliyindən məlumat verilib. O, ABŞ hökumətinin Kanadaya göndərdiyi tələbdən sonra 1 dekabr tarixində həbs edilib. Menq Uançou ABŞ-a təhvil verilsə, o, Nyu York ştatının Şərqü Bölgəsi Məhkəməsinə çıxarılacaq.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi sanskiyaları pozması ittihamı ilə Çin şirkətinə aprel ayında istintaq işi açmışdı.

Həbs qərarına görə ABŞ-la Çin arasında qısa müddət öncə təmin edilən ticarət atəşkəsinin pozulmasın gətirib çıxara bilər. Çünki qərardan sonra hər iki ölkənin bazar indeksləri kəskin şəkildə aşağı düşüb.

34 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.