SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Mağazaya kələm almağa getdi, 225 min dollarla qayıtdı
DÜNYA 13:44 / 06.12.2018
ABŞ-ın Merilend ştatının sakini olan qadın mağazaya kələm almağa yollanıb, evə varlı şəxs kimi qayıdıb.

Virtualaz.org UPİ agentliyinə istinadən xəbər verir ki, Vanessa Uord atası üçün kələm almağa gedib. Elə buradaca ani lotereya bileti alıb. Biletin qoruyucu qatını siləndən sonra isə gözlərinə inanmayıb. Onu lotereya təşkilatçısının ofisinə - "uğur çarxı”nı fırlatmağa dəvət ediblər. Bu isə ən azı 100 min dollar uduş demək idi.

"Uğur çarxı”nda maksimal uduş 500 min dollara bərabər idi, lakin göstərici 225 min dollarda dayanıb.

Bəxti gətirmiş qadın udduğu pulla "DisneyWorld” əyləncə parkına getməyi, yerdə qalan məbləği isə qocalığına saxlamağı planlaşdırır.

45 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.