SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Sergey Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışdı
SİYASƏT 09:44 / 10.12.2018

Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətləri dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiqləməsidir. Bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək.

"Report”a istinadən xəbər veririk ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib. Zirvə toplantısının yekununda region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair konvensiya imzalanıb.

"Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən çox sürən işə yekun vurdu. Bu iş, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu. Mən hesab edirəm ki, Konvensiyanın əsas nailiyyətlərindən biri beş dövlətin Xəzərdə baş verə biləcək hər şey üçün öz məsuliyyətini birmənalı şəkildə təsdiq etməsidir. Onlar burada ortaya çıxacaq bütün məsələləri özləri həll edəcəklər", - deyə Lavrov Qazaxıstanın "Xabar" informasiya agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeyri-regional ölkələr əməkdaşlıq etməyə dəvət olunurlar, lakin Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyada razılaşdırılmış şərtlər əsasında.

Nazir həmçinin qeyd edib ki, hər bir Xəzəryanı dövlətin suveren və balıqçılıq zonasının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin əlaqələndirilməsinin zəruri olacağı meyarların müəyyən edilməsi də "çox vacib nailiyyət"dir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.