SON XƏBƏRLƏR
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Ermənistanın yeni hakimiyyəti bundan nəticə çıxarmalıdır - DEPUTAT
MÜSAHİBƏ 04:41 / 14.12.2018

"Hakimiyyətində cinayətkar-korrupsioner bir komandanın olması Ermənistanı ağır siyasi-iqtisadi böhrana gətirib çıxardı”.

Bu sözləri açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına dair mərasimdə etdiyi çıxışı zamanı vurğuladığı Azərbaycanın ardıcıl, məqsədyönlü siyasətinin Ermənistanda kriminal xunta rejiminin çökməsində rol oynaması nüansını dəyərləndirən millət vəkili prezidentin fikirlərinə şərik olduğunu deyib:

"Cənab prezident tamamilə düzgün vurğulayır: Ermənistan Azərbaycanla dövlətçilik yarışında uduzdu. Azərbaycan beynəlxalq hüquq normaları, xalqın milli maraqlarını nəzərə alaraq öz daxili resurslarına söykənərək güclü, demokratik dövlət qurub. Azərbaycandan fərqli olaraq, Ermənistan ancaq başqa dövlətlərin yardımına söykənib. Qonşu dövlətlərlə münasibətləri birləşdirib. Azərbaycanın təşəbbüskarı olduğu regional-iqtisadi layihələrdən kənarda qalıb. Ən əsası isə hakimiyyətində cinayətkar-korrupsioner bir komandanın olması Ermənistanı ağır siyasi-iqtisadi böhrana gətirib çıxardı. Əlbəttə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etsəydi, mehriban qonşuluq siyasəti yürütsəydi, bugünkündən qat-qat yüksək səviyyədə ola bilərdi. Hər bir halda, yeni hakimiyyət köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmalıdır”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.