SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
“Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım" - Arsenal-Qarabağ oyununda erməni təxribatı - VİDEO
İDMAN 12:44 / 15.12.2018

"Qarabağ" klubu Avropa Liqasinin qrup mərhələsinin son turunda- Londonda "Arsenal"la görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib. Hakimin əlavə etdiyi dəqiqələrdə erməni azarkeş Dağlıq Qarabağdakı qondarma rejimin saxta bayrağı ilə meydana daxil olub. Futbolçularımız isə bu hadisəyə dərhal kəskin reaksiya veriblər. Elə oyunda olan azarkeşlərimiz də matçdan sonra erməni futbol fanatlarının cavablarını veriblər.

Məlumata görə, Arsenal-Qarabağ oyununun 90+3-cü dəqiqəsində erməni azarkeş Dağlıq Qarabağdakı qondarma rejimin saxta bayrağı ilə meydançaya çıxıb və "Qarabağ"ın futbolçuları tərəfə qaçıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov və oyunçusu Qara Qarayev dərhal həmin şəxsə etirazlarını bildiriblər.

Erməni azarkeşə sərt cavabı komandanın kapitanı Rəşad Sadıqov verib. Azarkeşi itəliyərək meydandan çıxaran kapitan oyundan sonra hadisəni belə şərh edib: "Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik".

Mühafizəçilər terroru təbliğ edən azarkeşi meydandan çıxarıblar. Hadisənin canlı şahidi ''Qarabağ'' futbol klubunun yarımmüdafiəçisi Qara Qarayev deyir ki, oyundan sonra futbolçular meydanı Azərbaycan bayraqları ilə tərk ediblər.

Futbol şərhçiləri də erməni azarkeşin məhz 93-cü dəqiqədə stadiona çıxmasını təsadüf hesab etmirlər. Çünki həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb. Bununla da ermənilər Londonda terrorçuluğun təbliğini aparmağa cəhd ediblər.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə oyundan sonrakı mətbuat konfransında bu hadisəni qorxaqlıq adlandırıb.

Elə oyundan sonra da erməni azarkeşləri Qarabağın Londondakı fanatları boykot ediblər. Terroru təbliğ edən Monte Melkonyanın fanatları isə verməyə cavabları olmadığından sadəcə qaçmaqla kifayətləniblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.