SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Torpaqlar bu yolla qaytarılacaq – XİN AÇIQLADI
SİYASƏT 09:42 / 18.12.2018

Ukrayna hərbi metodlara qaçmadan Krım və Donbas üzərində nəzarəti bərpa edəcək. Regionlar xüsusi siyasi-diplomatik yolla qaytarılacaq.

 UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik bununla da Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun sözlərinə reaksiya verib. İdarədən bildiriblər ki, əslində Rusiya hücuma hazırlıq görür. Məlumata görə, Ukrayna ilə sərhədə 80 mindən çox Rusiya hərbçisi, yüzlərlə tank və "İskəndər” raket kompleksləri cəmlənib.

Daha əvvəl "Komsomolskaya Pravda” radiosunun efirində Rusiyanın xarici işlər naziri bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyayla sərhəddə təxribat hazırlayır.

O dəqiqləşdirib ki, alınmış informasiyaya əsasən, söhbət dekabrın sonuna nəzərdə tutulmuş silahlı təxribatdan gedir. Nazir qeyd edib ki, Poroşenko lazımı cavabı alacaq.

Lavrov həmçinin vurğulayıb ki, Kiyev belə addımları "Qərb kuratorları və qəyyumları ilə” uyğunlaşdırır. Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib ki, əldə edilən məlumatlara görə, Poroşenkoya kiçik intensivli döyüş hərəkətlərini dəstəkləməyi məsləhət görürlər. Lavrov qeyd edib ki, məqsəd Rusiyanı Ukraynaya hərbi təcavüzdə ittiham etmək yönündə təbliğatın aparılması üçün əsaslar yaratmaqdır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.