SON XƏBƏRLƏR
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
08 Noyabr 2019
07 Noyabr 2019
Başqa kişilərə satdığı əmisi qızını zorlayıb öldürdü - TƏFƏRRÜAT
KRİMİNAL 21:56 / 20.12.2018

Ucarda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı ortaya çıxıb.

 A24.Az-a istinadən xəbər veririk ki, Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. Məlumata görə, Çıqqarov əmisi qızını qətlə yetirməzdən öncə əvvəlcə ona təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.

Mənbə onu da qeyd edib ki, İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi bildirilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.

Xatırladaq ki, dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.