SON XƏBƏRLƏR
21 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Qadın ərinin 22 yaşlı sevgilisinin evinə getdi və... - XƏYANƏT CİNAYƏTİ
KRİMİNAL 00:16 / 25.12.2018

Türkiyənin İzmir şəhərində qadın ərinin sevgilisini güllələyib.


Ödemiş qəsəbəsində yaşayan 29 yaşlı N.E. taksi sürücüsü olan həyat yoldaşının 22 yaşlı C.K ilə qeyri-rəsmi münasibətdə yaşadığını öyrənib. 

O, ərinin gənc sevgilisinin ünvanını öyrənərək silah əldə edib və həmin evə gedib. 2 uşaq anası olan qadın burada 22 yaşlı C.K ilə mübahisə edib. O, daha sonra tapançanı çıxararaq 3 dəfə atəş açıb. Güllələrdən biri 22 yaşlı qızın qarnına tuş gəlib və o, səsə yığılan qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Evli kişi ilə sevgi münasibəti quran qızın vəziyyətinin ağır olduğu bildirilir. Bildirilir ki, ərinin sevgilisini güllələyən qadın hadisədən sonra qaçaraq gizlənib. Silahlı şəxsin tutulması istiqamətində iş aparılır.(publika)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.