SON XƏBƏRLƏR
23 Iyul 2019
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Prezidentin Rusiya telekanalına müsahibəsi - VİDEO
MÜSAHİBƏ 11:40 / 25.12.2018
"Dünyanın enerji xəritəsində artıq Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb və bu format həm ikitərəfli, həm də üçtərəfli planda çox böyük perspektivlərə malikdir"

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində deyib.



Dövlət başçısı bildirib ki, neft və qaz kəmərlərinin tikintisi planı baxımından enerji layihələrimizi hələ 2000-ci illərin əvvəllərində həyata keçirməyə başlamışıq. Dünya bazarlarına çıxmaq üçün infrastruktur yaratmaq lazım idi, çünki bizim açıq okeana çıxışımız yoxdur.

Prezident qeyd edib ki, Rusiya bir müddət əvvəl bu istiqamətdə addımlar atıb: "Uzun illər öncə "Mavi axın" layihəsinin reallaşdırıldığını xatırlayırıq. Həmin layihə indi bir qədər unudulub, lakin bu da Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəməri tikintisi layihəsidir. Yəni prinsip etibarilə bu il "Türk axını"nın dəniz mərhələsinin açılışı yeni bir şey deyil. Sadəcə Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı siyasi əməkdaşlıq bu layihəni həyata keçirməyə və ya reallaşdırmağı sürətləndirməyə imkan verdi".

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.