SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Elmar Məmmədyarov: Münaqişənin həlli, ilk növbədə Ermənistanın inkişafına imkanlar açacaq - VİDEO
SİYASƏT 11:52 / 26.12.2018
Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətləri, habelə xarici işlər nazirləri arasında baş tutan üç görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Elmar Məmmədyarov bildirib ki, münaqişənin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq.

Nazir deyib ki, Dağlıq Qarabağın erməni icması ilə Azərbaycan icması arasında danışıqların bərpa edilməsinə ehtiyac var. Çünki torpaqların işğaldan azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bu iki icma bir yerdə yaşamalı olacaq.

Nazir, növbəti il üçün xarici siyasətdəki prioritetlərdən də danışaraq deyib ki, gələn il beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.
Elmar Məmmədyarov onu da bildirib ki, Azərbaycan 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək və bu, böyük hadisədir. Nəzərə almaq lazımdır ki bu təşkilat 120 üzv ölkəni, 17 müşahidəçi ölkəni, habelə 10 müşahidəçi təşkilatı özündə birləşdirir.

Elmar Məmmədyarov deyib ki, Azərbaycan bölgədə böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Xarici siyasətin əsasını ölkənin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması təşkil edəcək. Nazir əlavə edib ki, ölkənin xarici siyasəti qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurulmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.