SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Xalq artistinin ayağı amputasiya olundu
MƏDƏNİYYƏT-ŞOU 13:47 / 28.12.2018

"Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”. Xəbər veririk ki, bu sözləri "Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: "Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.