SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Musa Yaqubun vəziyyəti ağırdır - VİDEO
MƏDƏNİYYƏT-ŞOU 08:30 / 04.01.2019

Ağır parkinson xəstəliyindən əziyyət çəkən tanınmış şair Musa Yaqub öz şerlərini deməkdə belə çətinlik çəkir.

Xezerxeber.az-ın məlumatına görə, 82 yaşında olan şair hazırda anadan olduğu İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Hər gün onu sevən dostları, həmyerliləri evinə gələrək Musa Yaqubu ziyarət edir, səhhəti ilə maraqlanırlar.

Onu ziyarətə gələnlər albomlardakı şəkillərə baxır, köhnə xatirələri yada salırlar. Musa Yaqub hər kəsə xoşbəxtlik arzu edərək insanları bir-birinə dəyər verməyə çağırır.

Yazıçılar İttifaqının üzvü olan Musa Yaqub bir sıra qəzetlərdə redaktor vəzifəsində də çalışıb. Geniş ictimai fəaliyyətlə məşğul olan şair 1995-ci ildən 2000-ci ilədək Milli Məclisin deputatı olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.