SON XƏBƏRLƏR
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
Bakıdan sonra digər iri şəhərlərdə də avtobus zolaqları çəkiləcək - VİDEO
CƏMİYYƏT 15:10 / 05.01.2019

Paytaxtdan sonra digər iri şəhərlərdə də avtobus zolaqları çəkiləcək.

Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib. Onun sözlərinə görə, Bakıdan sonra iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Qeyd edək ki, bu, ''Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Xidmətin rəisi Həbib Həsənov onu da bildirib ki, həmin xətlərdə hərəkət edəcək avtobuslar da yenilənəcək. Hətta ekspress avtobusların alınması məsələsi də gündəmdədir.

Həbib Həsənov, son 10 ildə ölkə ərazisində 17 avtovağzalın tam yenidən qurularaq sərnişinlərin istifadəsinə verildiyini açıqlayıb.

O, həmçinin əlavə edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir, Qafqazın ən böyük nəqliyyat qovşağı layihəsi reallaşdırılır. Hazırda Gəncə Beynəlxalq Avtovağzalı və paytaxtın Qaradağ rayonunda Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri tamamlanmaq üzrədir. Bununla da ölkə ərazisində avtovağzalların sayı 62-ə çatıb.

Bütün bu işlər çərçivəsində şəhərlərarası sərnişindaşımada dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet, onlayn satışı sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Bu işlərin görülməsi üçün xarici müəxəssislər cəlb edilib. Əsas məqsəd rayonlarda da bilet satışını onlayın sistemə keçirmək və "Bakıkart"a inteqrasiya etməkdir.





Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.