SON XƏBƏRLƏR
21 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Riberi onu "qızıl steyk"ə görə tənqid edən azarkeşləri söyüb
İDMAN 19:38 / 06.01.2019
Almaniyanın "Bavariya" klubunun fransalı yarımmüdafiəçisi Frank Riberi bir neçə gün öncə ona ünvanlanan tənqidlərə sərt cavab verib.

"Report” xəbər verir ki, buna Riberinin "Salt Bae" ləqəbli məşhur türk aşpaz Nüsrət Gökçenin restoranlarından birində çəkilmiş video paylaşması səbəb olub.

Fransalı futbolçu restoranda özünə üzəri nazik qızıl səthi ilə örtülmüş steyk sifariş edib. Yeməyin qiyməti 1200 avro olub və bu, bəzi azarkeşlər və KİV nümayəndələrinin qəzəbinə səbəb olub.

Riberi buna cavab olaraq "Twitter"də onu tənqid edənləri "qüsurlu qoruyucudan dünyaya gəlmiş paxıllar" adlandırıb və onların qohumlarını təhqir edib.









Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.