SON XƏBƏRLƏR
15 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Stalin onu “Azərbaycan gözəli” adlandırırdı - Leyla Bədirbəyli - 99
MƏDƏNİYYƏT-ŞOU 23:09 / 08.01.2019
Bu gün milli kino sənətimizin bənzərsiz simalarından biri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəylinin anadan olmasının 99-cu ildönümüdür.

Xəbər veririk ki, Leyla Bədirbəyli 1920-ci ilin yanvarın 8-də Bakıda dünyaya göz açıb.

Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Rəqsə böyük maraq göstərən gələcəyin məşhur aktrisası sənətdə ilk addımlarını rəqslə atıb. Onun Azərbaycan Dövlət Filarmoniyasından başlayan sənət yolu 1941-ci ildən  Dövlət Akademik Milli Dram Teatrında  davam edir.

1945-ci ildə "Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir. Bu film SSRİ-də, həmçinin, 50-dən artıq xarici ölkədə şöhrət tapır. Deyilənə görə, o zaman Sovet  İttifaqına rəhbərlik edən Stalin Leyla Bədirbəylinin gözəlliyinə heyran olur və onu "Azərbaycan gözəli” adlandırır.

İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən, "Səbuhi”, "Fətəli xan”, "Dəli Kür”, "Sevil”, "Onun böyük ürəyi”, "Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb. Leyla Bədirbəli sağlığında xalqın diqqət və sevgisini qazanmış, dövlət tərəfindən yetərli qayğı ilə əhatə olunmuş sənətkarlardan idi.

"Azərbaycan gözəli” 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.