SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər
SİYASƏT 02:51 / 09.01.2019

Ötən ilin dekabrında Milanda Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasındakı görüşdən sonra Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu ilin yanvarında görüşəcəyi ilə bağlı anons verilib. Belə bir görüş olacaqmı? Yanvarın 8-i olmasına baxmayaraq, detallı informasiyalar yoxdur. 

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib. 

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı açıqlamasında bildirilib ki, hazırda XİN rəhbərlərinin yanvarda görüşü ilə bağlı heç bir informasiya yoxdur. O əlavə edib ki, belə bir görüşün keçirilməsinin mümkünlüyü barədə hələ dekabrda məlumat verilmişdi.

Öz növbəsində, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu məsələyə münasibət bildirib:

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyana bu ilin yanvarında görüşməyi təklif ediblər. Görüşlə bağlı razılıq əldə ediləndən sonra geniş məlumat veriləcək”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.