SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda kanalizasiya borusu partladı, qəsəbəni üfunət bürüdü - VİDEO
CƏMİYYƏT 09:42 / 10.01.2019

Yoldan keçən kanalizasiyanın partlaması Zığ sakinləri üçün problem yaradıb. Çirkli su birbaşa qəsəbənin mərkəzi yoluna və obyektlərin qarşısına axıb.

Məlumata görə, qəsəbənin mərkəzi yolunun yaxınlığından keçən kanalizasiya borusunun partlaması bu mənzərənin yaranmasına səbəb olub.

Üfunət qoxan çirkli su yolları keçilməz edib. Xüsusən piyadalar və avtomobillər üçün çətin anlar yaşanıb.

Sakinlərin sözlərinə görə, ərazidə eyni mənzərə uzun müddətdir yaşanır.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirildi ki, artıq qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Sözügedən ərazinin kanalizasiya xətlərinin yenidən qurulması və axan suyun qarşısının alınması istiqamətində konkret işlər görüləcək.



 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.